Əhalinin bu problemi həll olundu

Əhalinin bu problemi həll olundu
15:21 17 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı ilə əlaqədar müvafiq qurumların paytaxt sakinlərinə öz hədiyyəsi olacaq.Düzdür bəzi qurumlar hələ Yeni il üçün iş prinsiplərini müəyyən etməsələr də, əksər idarələr artıq bayrama hazırdır.

ANS PRESS-in məlumatına görə Yeni ili evində deyil, hər hansı istirahət məkanında, və ya yaxınları ilə bir arada qeyd etmək istəyənlər nəqliyyat baxımından problemlə üzləşməyəcəklər. Nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə bayram günlərində ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq.

"Adətən, biz Yeni ilə bayramın başlamasına 15 gün qalmışdan hazırlaşırıq. Yəni hazırlıqlara dekabrın 10-dan etibarən başlamışıq.Avtobuslar hər il olduğu kimi bu il də gecə saat 1-ə qədər işləyəcək. Sərnişinlərin yollarda qalmaması üçün onların iş vaxtı uzadılacaq. Artıq bununla bağlı sahibkarlara xəbərdarlıq da edilib. Bir sözlə bayramda paytaxt daxili və şəhər kənarı nəqliyyat xüsusi rejimlə işləyəcək".



Namiq Həsənov- NN-in mətbuat xidmətinin rəhbəri


Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, hər il Yeni il gecəsi qatarların adi günlərdən fərqli olaraq 1 saat çox işlədiyini desə də, builki iş planının hələ tam hazır olmadığını bildirdi:

“Bildiyiniz kimi, hər il Yeni ildə gücləndirilmiş iş rejimi ilə çalışırıq. Yəqin ki, bu il də elə olacaq. Ancaq sizə bildirim ki, bu barədə hələ ki tam olaraq məlumat verə bilməyəcəyik.Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin. Məqsədimiz metrodan istifadə edənlərin rahatlığını təmin etməkdir.Həmçinin sərnişinləri vaxtında mənzil başına çatdırmaqdır."


Nəsimi Paşayev-Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bayramla əlaqədar artıq sərnişinlərə xəbərdarlıq edib. Qurumun mətbuat katibi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sərnişin daşımaları departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək."


Nadir Əzməmmədov-"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi


Bakı Beynəlxalq Avtovağzalı da bayram günlərində sıxlığın qarşısını almaq üçün dekabrın 28-dən yanvarın 6-a qədər gücləndirilmiş iş rejimində çalışacaq.Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə,sərnişin sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq.




"Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.


Bakı Beynəlxalq Avtovağzal


"Bəzi sürücülərin sərnişin sıxlığından istifadə edərək avtobuslara biletləri süni şəkildə artırmasının bir neçə dəfə şahidi olmuşuq. Ona görə də bu cür addımların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüləcək. Qiymətləri artıran sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə bir daha buraxılmayacaq,bunun üçün 8 nəfərdən ibarət müvafiq komissiya da yaradılıb."



İşlərin hələ ki, gündəlik qrafik üzrə getdiyini deyən Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəisi Paşa Kəsəmənskinin sözlərinə görə bayram günlərində “Azərbaycan Hava Yolları” QSC və Heydər Əliyev Beynəlxalq Hava Limanı da gücləndirilmiş iş rejimində çalışacaq:

“Hələ ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında bütün ucuşlar qrafik üzrə həyata keçirilir. Tələbat yaranarsa, Naxçıvana uçuşların sayı artırıla bilər. Biletlərin qiymətində isə dəyişiklik yoxdur.Sərnişinlərin bayramı keçirmək üçün üz tutduğu ölkələrsə fərqlidir,ona görə ən çox sıxlığın hara olması ilə bağlı konkret bir şey deyə bilmərik.”.


“Azərbaycan Hava Yolları” QSC


Artıq 9 ildir ki ölkədə rəsmi olaraq 1-2 yanvar, bayram günləri qeyd olunur və aidiyyatı qurumlar da bu tarixə müvafiq tədbirlər planı hazırlayırlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR