“Riqoletto” Opera və Balet Teatrının səhnəsində

“Riqoletto” Opera və Balet Teatrının səhnəsində
15:26 17 Dekabr 2015
13 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C. Verdinin “Riqoletto” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.

Səhnə əsərində Ukraynanın xalq artisti Olqa Naqornaya, əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda səhnəyə çıxacaqlar. Opera tamaşasında, həmçinin yerli sənətçilər - Azərbaycanın xalq artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.

Qeyd edək ki, operanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR