Səhiyyə naziri İmişli və ətraf rayonların sakinlərini qəbul edəcək

Səhiyyə naziri İmişli və ətraf rayonların sakinlərini qəbul edəcək
15:33 17 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 18-də saat 12.00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Ağcabədi rayonları sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_naziri_Imisli_ve_etraf_rayonlarin_sakinlerini_qebul_edecek-912063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR