Azərbaycan Dövlət Neft Fondu Moskvadakı ticarət mərkəzinin bir hissəsini məşhur brendə icarəyə verib

Azərbaycan Dövlət Neft Fondu Moskvadakı ticarət mərkəzinin bir hissəsini məşhur brendə icarəyə verib
15:42 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bir sıra KİV-də Moskva şəhərində Tverskaya,16 ünvanında yerləşən "Gallery Actor" ofis-ticarət mərkəzinin bağlanmasına dair yayılan məlumatla əlaqədar açıqlama yayıb.
Fonddan "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən mərkəzin ticarət obyektləri yerləşən üçmərtəbəli hissəsinin dünyanın məşhur brendlərindən birinə 32 il müddətinə icarəyə verilməsi nəzərdə tutulur.
"Bu da öz növbəsində binanın qiymətinə və ARDNF tərəfindən yatırılmış investisiyanın gəlirliliyinə müsbət təsir göstərəcək. Bununla əlaqədar müvafiq işlər aparılır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR