Mərkəzi Bank manatla bağlı əks açıqlama verdi

Mərkəzi Bank manatla bağlı əks açıqlama verdi
15:46 17 Dekabr 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bank dollarla bağlı açıqlamanı təqzib etdi.

Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir.

Amma bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibəti dərc olunub.

Məlumatda qeyd olunub ki,ABŞ-ın dollarla bağlı qərarı Azərbaycanın milli valyutasına təsirsiz ötüşməyəcək.

FES-in qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 0,25% artırılıb. Bu haqda FES-in rəhbəri Canet Yellen açıqlama verib.


Canet Yellen - FES rəhbəri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR