Musiqili teatrın Yaradıcılıq Studiyası ilk tamaşasını təqdim edib

Musiqili teatrın Yaradıcılıq Studiyası ilk tamaşasını təqdim edib
15:52 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olub.
"Report" xəbər verir ki, studiyanın açılış mərasimində “Uğur və eşq” adlı konsert-tamaşa nümayiş etdirilib.
Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, studiyanın yaradılmasının məqsədi istedadlı gənclərə öz yaradıcı potensiallarını nümayiş etdirmələri üçün meydan açmaq, imkan yaratmaqdır. 
“Şöhrət” ordenli xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını deyiblər.
Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu-rejissoru gənc rejissor Tamilla Aslanovadır.
Yaradıcılıq Studiyasının rəhbəri, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, rejissor Əsgər Əsgərovdur.
Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunur.








Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/musiqili-teatrin-yaradiciliq-studiyasi-ilk-tamasasini-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR