Mübariz Qurbanlı: "Nardaranda dini icmaların yaradılması istiqamətində iş aparılır"

Mübariz Qurbanlı: "Nardaranda dini icmaların yaradılması istiqamətində iş aparılır"
15:54 17 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Hazırda Nardaran qəsəbəsində dini icmaların yaradılması istiqamətində iş aparılır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, məscid varsa, orda mütləq dini icma da olmalıdır: "Nardarandakı məscidlərdə dini icmalar yaradıldan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dini ayinləri icra edən səlahiyyətli nümayəndələr təyin ediləcək. Həmin nümayəndələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra məscidlərdə imamlıq və ya axundluq edə biləcəklər. Hazırda Nardaranda yeni dini icmanın yaradılması istiqamətində iş aparılır".
M.Qurbanlı bildirib ki, 2016-cı ilin əvvəllərində qəsəbədə dini icma tam formalaşdırılacaq və yalnız bundan sonra məscidlər fəaliyyətlərini davam etdirə biləcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR