Heydər Əliyev Mərkəzində “Digər tərəfdən”

Heydər Əliyev Mərkəzində “Digər tərəfdən”
16:07 17 Dekabr 2015
16 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi açılacaq.

Mərkəzdən Axşam.az-a bildiriblər ki, ekspozisiyada müəllifin 50-dək əsəri nümayiş olunacaq.

Sərgidə ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim ediləcək.

R.Dikon həmişə israrla bildirir ki, özünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac, yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.

Tanınmış heykəltəraş 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu “Törner” mükafatına layiq görülüb. Qırx ildən artıq müddətdə yaradıcılıqla məşğul olan Riçard Dikon hazırda Londonda yaşayır.

Sərgi gələn il iyulun 15-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR