"Nobel mükafatının FIFA prezidenti Yozef Blatterə vermək lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri bu gün canlı mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin deyib.
Putin FIFA-dakı korrupsiya qalmaqalına da münasibət bildirib: "O, hörmətli insandı. Dünya futbolunun inkişafı üçün çox şeylər edib. Humanitar sahədəki töhvələri çox böyükdü. Məhz o, futbolu hər zaman idman kimi yox, ölkələr və xalqlar arasında əməkdaşlıq elementi kimi istifadə edib. Korrupsiya skandalına gəlincə, araşdırmalar zamanı bunu sübut etmək lazımdı. Amma hələlik heç bir nəticə yoxdu. FIFA ona görə 2018-ci il dünya çempionatının keçirilməsini Rusiyaya tapşırıb ki, o, bu ölkədə futbolun inkişafını istəyir. Ev sahibi komandanı seçmək üçün ali futbol qurumunun icraçı komissiyasına heç bir təzyiq edilməyib”.
Fanat.az