Mübariz Qurbanlı: "Orta məktəb dərsliklərində dinlə bağlı məsələlərə geniş yer veriləcək"

Mübariz Qurbanlı: "Orta məktəb dərsliklərində dinlə bağlı məsələlərə geniş yer veriləcək"
16:10 17 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Növbəti tədris illərində orta məktəb dərsliklərində dinlə bağlı məsələlərə geniş yer veriləcək". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
M.Qurbanlı bildirib ki, orta məktəb dərsliklərinə dini cərəyanlar və müxtəlif dinlər barədə məlumatlar öz əksini tapacaq: "Dərsliklərdə yalnız islam dini yox, bütün dinlərlə bağlı məsələlərə daha çox yer veriləcək. Orta məktəblərdə bildiyiniz kimi "Həyat bilgisi" dərsliyi var. Həmin dərslikdə dinlər barədə məlumat verilir. Həmçinin Ədəbiyyat və Tarix dərsliklərində də dini bilgilər yer alıb. Belə bir fikir var idi ki, 10-cu sinifdə 1 rüb dinlə bağlı kurs keçirilsin. Lakin sonradan qənaətə gəlindi ki, dərsliklərdə dinlə bağlı məlumatlara geniş yer verilsin".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR