Polşa prezidenti avtomobilini düzgün park etmədiyinə görə cərimələnib

Polşa prezidenti avtomobilini düzgün park etmədiyinə görə cərimələnib
16:13 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Polis qadağan olunmuş yerdə park etdiyi üçün Polşa prezidentinin avtomobilinin təkərinə blok qoyub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə - qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər.
Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar. Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsa_prezidenti_avtomobilini_duzgun_park_etmediyine_gore_cerimelenib-912084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR