Türkiyə ordusu Suriyadan açılan atəşə raket zərbələri ilə cavab verib

Türkiyə ordusu Suriyadan açılan atəşə raket zərbələri ilə cavab verib
16:29 17 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriyadan Türkiyə ərazisinə avtomat silahlardan açılan atəşə raket zərbərləri ilə cavab verilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Suriyada Bəşşar Əsədə sadiq silahlıların mövqelərindən Türkiyənin Hatay əyalətinin Yayladağ rayonundakı Çamlıtəpə Karakolu sərhəd məntəqəsinə avtomat silahlardan 20 dəfə atəş açılıb. Türkiyə əsgərləri qaydalara uyğun olaraq onlara raketlə cavab veriblər.
Xəbərə görə, ötən gün Bəşşar Əsəd silahlılarının nəzarəti altında olan Suriyanın Keseb rayonunun Acısı kəndindən də Türkiyənin sərhəd bölgəsi atəşə tutulub. Bu hadisə nəticəsində xəsarət alan və ölən olmayıb. Həmin atəşə də Türkiyə tərəfinin qaydalara uyğun cavab verdiyi bildirilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR