Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək
16:32 17 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Azərbaycana səfər edəcək.
"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər dekabrın 21-də baş tutacaq.
Səfər çərçivəsində İ.Kahraman Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçirəcək. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiye-parlamentinin-sedri-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR