Yanvar-noyabrda Azərbaycandakı magistral neft kəmərləri ilə 42 milyon ton neft nəql edilib

Yanvar-noyabrda Azərbaycandakı magistral neft kəmərləri ilə 42 milyon ton neft nəql edilib
16:33 17 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 42 milyon ton neft nəql olunub. Nəqletmənin 75,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri – BTC ilə həyata keçirilib və 11 ayda bu boru kəməri vasitəsilə 31,9 milyon ton neft ötürülüb. Ötən dövrdə BTC kəməri ilə 5,2 milyon ton tranzit neft də nəql edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR