Moody’s-dən Unibank-a stabil qiymət

Moody’s-dən Unibank-a stabil qiymət
16:43 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Moody’s Investors Service” Beynəlxalq agentliyi “Unibank” ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “stabil” kimi təsdiqləyərək, bankın 2014-cü ildən bu günə qədər reytinqini "B2" səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.

Bankdan Trend-ə verilən məlumata görə, beynəlxalq agentliyin bu qərarı, Unibank-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. "Moody’s" ekspertləri Unibank-ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idarəetmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

Beynəlxalq reytinq agentliyinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan Unibank-ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.

Xatırladaq ki, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Unibank-ın reytinqini əvvəlki səviyyədə - stabil olaraq təsdiqləyib. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikro-kreditləşmənin sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "feysbuk" və tvitter" səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR