Bakı, 17 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19,2 milyard kubmetr qaz nəql edilib. Qaz nəqlinin 31,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 6 milyard kubmetr qaz ötürülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.