"Barselona" Dünya çempionatının finalına vəsiqə qazandı (VİDEO)

Klublararası Dünya çempionatında daha bir yarımfinal görüşü keçirilib.

"Barselona" "Quançjou Everqrand"la qarşılaşıb. 39-cu dəqiqədə Luis Suares hesabı açıb. İkinci hissədə uruqvaylı futbolçu daha iki dəfə fərqlənməyə fürsət tapıb. Beləliklə, Çin təmsilçisini Suaresin qolları sayəsində məğlub edən "Barselona" Klublararası Dünya çempionatının finalına vəsiqə qazanıb.

"Barselona" - "Quançjou Everqrand" - 3:0

Qollar: Suares, 39; 50; 67 (pen.)

"Barselona" finalda Argentina təmsilçisi "River Pleyt"lə qarşılaşacaq.

"Barselona" - "Quançjou Everqrand" oyununun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR