Şəkidə Çövkən oyunları başladı

Şəkidə Çövkən oyunları başladı
17:05 17 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Şəkidə bu gün 10-cu Milli Atüstü Oyunlar Festivalı start götürüb. Yarışda Prezident Kuboku uğrunda 20-dən çox komanda mübarizə aparır. On il əvvəl Şəkidə yaradılan Respublika Atçılıq Turizm Mərkəzində milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, 2006-cı ildən etibarən hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması və təbliği məqsədi daşıyır. Qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənc nəslin bu sahəyə marağının artırılması məqsədi ilə keçirilən yarış Dövlət Himni ilə açıq elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan yarışda 22 bölgədən 24 komanda mübarizə aparır. Ötən il isə iştirakçı komandaların sayı 16 olub. Bu oyunlarda paytaxt Bakını "Sərhədçi" "Köhlən" və "Polad" komandaları təmsil edir. İlk qarşılaşma isə "Şəki" və "Tərtər" komandaları arasında reallaşıb. Oyuna daha aktiv başlayan şəkililər ilk hissəsini də 4-0 hesabı ilə öndə bitirib. İkinci hissədə də hücumlarını intensivləşdirən "Şəki" komandası ilk oyundan 9-0 hesablı qələbə ilə ayrılıb.

Dekabrın 21-dək davam edəcək yubiley yarışlarında komandalar 6 oyun üzrə mübarizə aparıcaqlar. Bunlar Çövkən, Yaylıq, Papaq, Sürpapaq, Baharbənd və Güc sınağı oyunlarıdır.

Qeyd edək ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na daxil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR