Putin "Türk axını"na görə şərtlərini açıqladı

Putin "Türk axını"na görə şərtlərini açıqladı
17:06 17 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Əgər Türkiyə Brüsseldən təminat ala bilsə, "Türk axını" qaz kəməri layihəsi həyata keçiriləcək.

APA-nın məlumatına görə, bunu ənənəvi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

"Avropa Komissiyası yazılı bizə təminat verməlidir ki, bütün marşrutlar, o cümlədən Türkiyə vasitəsi ilə Avropaya uzanacaq marşrutun reallaşdırılması mümkündür və prioritet təşkil edir. Eyni zamanda təminat verilməlidir ki, Avropa Komissiyası bu marşrutu dəstəkləyəcək. Bax əgər türkiyəli tərəfdaşlar "Qazprom"a Brüsseldən belə bir kağız gətirsələr, yolumuza davam edəcəyik. Lakin təəssüf ki, hələlik bu görünmür", - deyə o vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR