SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım ayırıb

SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım ayırıb
17:15 17 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) 501 nömrəli özülündə baş vermiş qəza zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nəqliyyat idarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 min manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR