Qrossmeyster Vüqar Rəsulov “Pavlodar-open” turnirinin liderindən yarım xal geri qalır

Qrossmeyster Vüqar Rəsulov “Pavlodar-open” turnirinin liderindən yarım xal geri qalır
17:18 17 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC 
Qazaxıstanda “Pavlodar-open” X beynəlxalq yubiley şahmat turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən 83 idmançı sırasında azərbaycanlı qrossmeyster Vüqar Rəsulov da mübarizə aparır. O, 8 turdan sonra 6 xal toplayıb. Vüqar Rəsulov turnirin lideri yerli şahmatçı Sergey Yudindən cəmi 0,5 xal geri qalır.
“Pavlodar-open” X beynəlxalq turnirin mükafatları uğrunda Qazaxıstan, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qırğızıstan və Özbəkistan şahmatçıları mübarizə aparırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR