“Neft Daşları”nda itkin düşən 3 neftçiyə görə də 15 min veriləcək

“Neft Daşları”nda itkin düşən 3 neftçiyə görə də 15 min veriləcək
17:22 17 Dekabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürdü.

Qurumdan ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.


İtkin düşən neftçilərdən biri - Rövşən Məmmədov övladları ilə birgə


Qeyd edək ki, ANS PRESS adıçəkilən neftçilərin əməkdaşlarının problemini bu gün işıqlandırıb. Baş nazir Artur Rasizadənin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin ailələrinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi barədə sərəncamı güclü külək nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə, estakadanın üstündəki yaşayış köşkü ilə birlikdə dənizə düşən 3 neftçiyə aid edilməyib.

Bizə müraciət edən neftçi ailələri "Günəşli" yatağındakı yanğında itkin düşən və ölən neftçilərin ailələrinə edilən birdəfəlik yardımın onlara aid olmamasından narazı ididlər. Onlar yaşayış köşkü ilə birgə dənizə düşən 3 nəfərin digər neftçilərdən seçilməsinin anlaşılan olmadığını deyirdilər.

"Qəza ilə bağlı yaradılan qərargahdan bizə gah həmin 15 min manatın ödəniləcəyini, gah da nazirin sərəncamının həmin neftçilərə aid edilmədiyi üçün ödənilməyəcəyini deyirlər. Bu barədə dəqiq məlumat verən yoxdur", deyə 1974-cü il təvəllüdlü Rövşən Məmmədovun həyat yoldaşı Aynur Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR