ADMİU-da "İlin ən istedadlı gəncləri" layihəsinin Qala konserti keçirilib - FOTO

ADMİU-da "İlin ən istedadlı gəncləri" layihəsinin Qala konserti keçirilib - FOTO
17:32 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçirilən "İlin ən istedadlı gəncləri" layihəsinin Qala konserti baş tutub. Qeyd edək ki, bir aydan artıq zamanda rəssamlıq, musiqi, yazı işi, rejissor və aktyorluq üzrə seçmə mərhələləri keçirilmiş, bu mərhələlərdə ümumilikdə 200-ə yaxın tələbə iştirak etmişdir.

Hər bir seçmə mərhələsində tələbələr universitetin müəllimləri olan dəyərli sənət adamları, rəssamlar, rejissor, aktyor və ifaçılardan ibarət münsiflər heyətinin qarşısında istedadlarını nümayiş etdirmişlər. Sonda Universitetin "Səda" Tədris Teatrında müsabiqənin nəticələrini açıqlamaq üçün Qala konsert təşkil olunub. Konsertdə "Musiqi sənəti" fakültəsinin tələbələri biri-birindən maraqlı musiqi nömrələri ilə çıxış etmiş, sonra ilin ən istedadlı gənclərinin adları açıqlanmışdır. Ümumilikdə 34 tələbə mükafatlandırılmış, onlardan 11-i birinci yerə, digərləri isə 2 və 3-cü yerlərə layiq görülərək, diplom və kuboklarla təltif olunmuşlar.

Tədbirdə informasiya dəstəyinə görə Trend.Az, Milli.Az və Day.Az saytlarına, layihəyə yaxından dəstək olan BAKCELL NAR MOBİLE şirkətlər qrupuna və EDUCATİON FİRST XARİCDƏ TƏHSİL MƏRKƏZİNƏ təşəkkür bildirilmişdir.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR