Yol polisi prezidenti cərimələdi

Yol polisi prezidenti cərimələdi
17:36 17 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Polşa prezidenti Anjey Duda gözlənilməz halla qarşılaşıb. Polis qadağan olunmuş yerdə park etdiyi üçün prezidentin avtomobilinin təkərini bloklayıb.

ANSPRESS-in Rusiyanın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Anjey Duda qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının qarşısında - qadağan olunmuş yerdə saxlayıb. Hadisə yerinə gələn polislər isə qaydanı pozan avtomobilin təkərini blok ediblər.


Cərimələnən prezident avtomobili

Bu maraqlı xəbər tez bir vaxtda bütün şəhərə yayılıb və sakinlər prezidentin bloklanmış avtomobilinin yanında foto çəkdirməyə başlayıblar. Yalnız Polşa prezidentinin 100 zlot (təxminən 25 dollar, 26 AZN ) məbləğində cəriməni ödəməsindən sonra polis avtomobilin təkərindən bloku götürüb.



Polşa prezidentinin təkəri bloklanmış avtomobili



Oxşar hadisə ilə 2011-ci ildə ABŞ prezidenti Barak Obama da qarşılaşmışdı. Obamanı isə öz ölkəsində deyil, İngiltərədə 120 avro (137 AZN) cərimə etmişdilər. Belə ki, Londona daxil olarkən şəhər meri ABŞ rəhbərindən hər bir maşın üçün 10 funt-sterlinq (16 AZN) ödəməyi bildirib.

Lakin ABŞ səfirliyi diplomatik münasibətlər haqqında Vyana konvensiyasına istinad edərək bunu etməyib. Həmin konvensiyada isə diplomatik missiyadan vergi alınması qadağan edilir. Öz növbəsində Londonun hakimiyyət orqanları bildiriblər ki, şəhərə daxil olmaq üçün yığılan pul vergi deyil.Ona görə də 120 avro məbləğində cərimə Obamanı müşayiət edən kortejdəki maşınlardan birinə tətbiq edilib.


Barak Obamanın korteci


Finlandiyanın Xarici İşlər Naziri Erkki Tuomioya isə bu ilin əvvəlində texniki baxışdan keçməmiş avtomobili sürdüyü və sürət həddini aşdığı üçün doqquz günlük əmək haqqı məbləğində cərimələnib.

Nazir qayda pozuntusunu 2014-cü ilin sentyabr ayının əvvəlində Helsinkinin mərkəzində edib. O, saatda 49 km sürətlə hərəkət edib, həmin yolda sürət həddi isə 40 km olub. Tuomioya cərimənin yazılmasına etiraz etməyib.


Erkki Tuomioya - Finlandiyanın xarici işlər naziri



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR