Çexiya Prezidenti yenə də terror aktlarını İslamla əlaqələndirib

Çexiya Prezidenti yenə də terror aktlarını İslamla əlaqələndirib
17:43 17 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 17 dekabr, AZƏRTAC
Çexiya Prezidenti Miloş Zeman hesab edir ki, miqrantların axınına ehtiyatlı münasibət artıq təkcə Vışeqrad dördlüyü üçün səciyyəvi deyil. Dördlüyün mövqeyini tədricən başqa dövlətlər də bölüşməyə başlayırlar.
Çexiya Prezidenti Vışeqrad Bəyannaməsinin imzalanmasının 25 illiyi münasibətilə Slovakiyanın TASR agentliyinə müsahibəsində dördlüyün indisinə və gələcəyinə toxunub. O bildirib ki, Avropada terror aktlarına son qoyulacağını düşünmək sadəlövhlük olardı. Prezident növbəti dəfə təkrar edib ki, onun fikrincə, “İslam dövləti” radikal islamı Avropaya yaymaq üçün şüurlu şəkildə miqrasiya axınlarından istifadə edir. M.Zeman vurğulayıb ki, Vışeqrad əməkdaşlığı bu gün də öz əhəmiyyətini itirməyib, çünki Aİ daxilində öz məqsədlərini irəlilətmək, o cümlədən miqrantların Aİ ölkələrinə paylaşdırılması mexanizmin zorla qəbul etdirilməsinə bir sıra dövlətlərin müqavimət göstərməsini dəstəkləmək üçün səyləri birləşdirmək lazımdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiya_Prezidenti_yene_de_terror_aktlarini_Islamla_elaqelendirib-912133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR