"Bavariya"nın yeni baş məşqçisi Karlo Ancelotti olacaq

Böyük ehtimalla "Bavariya"nın yeni baş məşqçisi Karlo Ancelotti olacaq.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, italyan mütəxəssisin Münhen klubu ilə 3 illik müqaviləyə imza atacağı gözlənilir. Bu haqda rəsmi məlumatın gələn həftə açıqlanacağı gözlənilir.

Məlumata görə, Pep Qvardiola "Bavariya" ilə müqavilə yeniləmək niyyətində deyil. Katalan çalışdırıcı karyerasını İngiltərədə davam etdirmək istəyir.

Ancelotti daha öncə "Yuventus", "Milan", "Çelsi", PSJ və "Real"ı çalışdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR