Qvardiolanın yerinə Löv?

"Bavariya"nın baş məşqçi postuna namizədlərin sırasında Almaniya millisinin baş məşqçisi Yoahim Löv də var.

Metbuat.az "Münchner Merkur"ə istinadən xəbər verir ki, Pep Qvardiola ilə yollar ayrılacağı təqdirdə Löv komandanı çalışdıra bilər. Mənbə iddia edir ki, artıq Filipp Lam məsələ ilə əlaqədar 55 yaşlı çalışdırıcı ilə danışıb.

Lövün Almaniya Futbol Federasiyası ilə olan müqaviləsi 2018-ci ilə kimi nəzərdə tutulub. Əgər bundestim Avropa çempionatında uğursuz çıxış edərsə, alman müntəxəssislə yollar ayrıla bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR