Hakan Şükür Türkiyədən qaçdı (FOTO)

Hakan Şükür Türkiyədən qaçdı (FOTO)
17:56 17 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur sabiq futbolçusu Hakan Şükür “Bir daha Türkiyəyə dönməyəcəm" deyib.

ANS PRESS-in məlumatına görə, əfsanəvi futbolçu İstanbuldaki evini satan bankdan bütün pullarını götürərək ABŞ-a köçüb. “Bir daha Türkiyəyə dönməyəcəm. Burada qalıb iş quracağam”,- deyə məşhur futbolçu vurğulayıb.

“Qalatasaray”ın əfsanəsinin ABŞ-a köçməsinin əsas səbəbi kimi “Paralel yapı”nın (Türkiyədə Fətullah Gülən tərəfdarlarının "paralel hakimiyyət”inin) üzvü olması iddia olunur.

Hakan Şükürün Türkiyəni tərk etməsinin aaha bir səbəb kimi isə futbolçunun türklərin göstərdiyi münasibətdən məyus olması göstərilir.


Hakan Şükürün ən yaxşı 10 qolu.

Hakan Şükür Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edir. Sabiq futbolçu kanalda yayımlanan "Stadiyum" verilişində şərhçiliyə görə ilə 700 min dollar alır. "Kral" ləqəbi ilə tanınan futbolçu Türkiyə tarixinin ən yaxşı futbolçularından biri hesab olunur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR