Lavaş türkün ortaq mirasıdır

17:58 17 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Türkan Abdullayeva, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə “Lavaş günü” layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 17-də Bakıda “Qoç ət” restoranında “Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı təşkil olunub.
Layihənin məqsədi ictimaiyyətin diqqətini milli mətbəximizin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi faktına yönəltməkdir.
Bir ay davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən və üzərində Yunus Əmrə İnstitutunun loqosu və “Lavaş türkün ortaq mirasıdır” ifadəsinə yer verilmiş üç avtobus dolaşacaq, Nizami metrosunun çıxışında insanlara lavaşa həsr edilmiş broşürlər paylanılacaq.
Xatırladaq ki, 2014-cü il noyabrın 26-da Ermənistan tərəfindən milli mətbəximizin qədim nümunələrindən olan lavaş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına “erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları və bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.
Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım bildirib ki, layihəni keçirməkdə məqsədimiz bölgəmizin ortaq çörəyi olan lavaşın bizim ortaq mirasımız olduğuna diqqət çəkmək və ictimaiyyətə çatdırmaqdır. O, 2016-cı ildə UNESCO-nun iclasında lavaşın türk çörəyi kimi qəbul olunacağına ümid etdiklərini söyləyib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov ötən il lavaşla bağlı çəkişmələrin olduğuna diqqət çəkərək bu tədbirin əhəmiyyətini qeyd edib. Ötən il türklərin ümumi çörəyi kimi həm lavaş, həm də yuxa (yufka) adı altında UNESCO-ya təqdim etmək barədə qərar qəbul olunduğunu söyləyib.
Ermənilərin “Lavaş” adı verilən çörəyin öz mədəniyyətinə aid bir ünsür kimi qəbul edilməsi üçün UNESCO-ya müraciət etdiklərini xatırladaraq bununla bağlı bir sıra faktlara aydınlıq gətirib. Diqqətə çatdırıb ki, 1636-cı ildən 1906-cı ilədək 17 erməni lüğət kitabı çıxıb. Bunlardan 6-sı izahlı lüğətdir. Bu lüğətlərdən heç birində lavaş sözü yoxdur. Yalnız iki lüğətdə “lav” sözü keçir ki, o da yaxşı deməkdir. Erməni alimi Sevartyan öz lüğətində yazır ki, bu çörək türklərdən gəlmədir.
T.Əmiraslanov vurğulayıb ki, lavaş təndirdə alova toxunan bizim yeganə çörəyimizdir. Ona görə də ona “alov aş”, türkcə isə “yalov aş” demişik. Sonralar “alov” sözünün əvvəlindəki “a” hərfi düşüb və “lavaş” kimi qalıb. Qeyd edib ki, nazik çörəklərin adlarına Mahmud Kaşğarinin “Divani Lüğəti-Türk” əsərində rast gəlmək olar. Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin əsərlərində, Yusif Balasaqunlunun “Kutatqu bilik” kitabında da lavaş haqqında danışılıb.
Qeyd olunub ki, həm dilçilik nöqteyi-nəzərdən lavaş bizim çörəyimizdir. Digər tərəfdən isə əkinçilik mədəniyyətimizə, folklorumuza, adət-ənənələrimizə əsasən bunu deyə bilərik.
Tahir Əmiraslanov tədbirin təşkilatçılarına minnətdarlıq edərək bildirib ki, lavaşın türklərə məxsus çörək olduğunu söyləməyə tam haqqımız var.
Qeyd edək ki, tədbir çərçivəsində lavaş bişirilərək ətrafdakı insanlara paylanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10

“Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən -

25 Sentyabr 2017 21:04

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

25 Sentyabr 2017 21:03

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

25 Sentyabr 2017 21:02

Brent markalı neft bahalaşdı

25 Sentyabr 2017 20:53

İlham Əliyev millimizin Almaniya üzərində qələbəsini canlı izlədi - FOTO

25 Sentyabr 2017 20:53

Ankara Ərbilə layiqli cavab verəcək -

25 Sentyabr 2017 20:51

Avro-2017: Voleybolçularımız məğlubiyyətsiz 1/4 finalda!

25 Sentyabr 2017 20:49

Azərbaycanda elmlər doktoru olan qadınların sayı açıqlanıb

25 Sentyabr 2017 20:47

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

25 Sentyabr 2017 20:43

Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib

25 Sentyabr 2017 20:39

Yevlaxda 37 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 20:37

Sabah daha bir asteroid Yerə yaxınlaşır

25 Sentyabr 2017 20:37

“Yuventus”un prezidenti futboldan kənarlaşdırıldı

25 Sentyabr 2017 20:34

“Beynəlxalq Xəzəryanı Gənclər forumu” yekunlaşıb

25 Sentyabr 2017 20:32

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

25 Sentyabr 2017 20:28

SON DƏQİQƏ:Kərkükdə komendant saatı tətbiq edildi

25 Sentyabr 2017 20:26

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

25 Sentyabr 2017 20:18

AÇ-2017: Millimiz 1/4 finalda

25 Sentyabr 2017 20:13

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

25 Sentyabr 2017 20:09

Düsseldorfda Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümü qeyd olunub

25 Sentyabr 2017 20:07

Müharibə XƏBƏRDARLIĞI, işğalın yeni DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

25 Sentyabr 2017 20:03

Azərbaycanda qorxunc xəbər dolaşır -

25 Sentyabr 2017 20:02

ABŞ-ın strateji bombardmançıları vurulacaq - TƏHDİD

25 Sentyabr 2017 19:53

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib

25 Sentyabr 2017 19:42

Naxçıvanı “Böyük Kürdüstan” ərazisi kimi təqdim edən kanal cəzalandırıldı - VİDEO

25 Sentyabr 2017 19:38

Səmada yaranan görüntü insanları təşvişə saldı -

25 Sentyabr 2017 19:38

Ağladığı üçün 5 yaşlı uşağı ikinci mərtəbədən atdı

25 Sentyabr 2017 19:29

Paytaxtda “Turizm həftəsi”nə start verilir

25 Sentyabr 2017 19:28

Gürcüstanda neft çəni partlayıb, yanğın olub

25 Sentyabr 2017 19:24

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 19:22

“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir

25 Sentyabr 2017 19:17

VIDEO: Tanınmış modelin dərisi soyuldu, qulağı kəsildi, bütün qanı axıdıldı -

25 Sentyabr 2017 19:16

Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”

25 Sentyabr 2017 19:13

Bu sosial şəbəkələr İŞİD-in yuvasına dönüb

25 Sentyabr 2017 18:58

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

25 Sentyabr 2017 18:57

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017 18:52

Samiraldo ondan danışanları YIXIB-SÜRÜDÜ: “Uşağınızı zorlamışam?”

25 Sentyabr 2017 18:48

“Roma” Bakıya 19 futbolçu ilə gəlir

25 Sentyabr 2017 18:47

Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

25 Sentyabr 2017 18:47

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul

25 Sentyabr 2017 18:43

Bu pişiyin səsini eşidənlər qorxuya düşürlər - VİDEO

25 Sentyabr 2017 18:38

"Roma" 5 hücumçuyla gəlir!

25 Sentyabr 2017 18:37

Oqtay Əliyev qızı ilə belə görüntüləndi - FOTOLAR

25 Sentyabr 2017 18:33

Sumqayıtda minik avtomobili yandı

25 Sentyabr 2017 18:33

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

25 Sentyabr 2017 18:32

"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

25 Sentyabr 2017 18:29

Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

25 Sentyabr 2017 18:27

SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib

25 Sentyabr 2017 18:27

Neftçalaya daha 3 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:25