Filippində qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb

Filippində qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb
18:02 17 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Filippini cənginə alan "Melor" qasırğası irimiqyaslı daşqınlara səbəb olub. "Report" AFP-yə istinadən xəbər verir ki, qasırğa qurbanlarının sayı artıq 20 nəfərə çatıb.
Bazar ertəsi Filippin hökuməti ölkənin şərq sahillərində ən yüksək təhlükə səviyyəsində fırtına xəbərdarlığı elan edib, 800 minə yaxın adam evakuasiya edilib.
Ölkənin Dövlət Meteorologiya Xidmətinin məlumatına görə, "Melor" qasırğası Filippini tərk edib və özündən sonra ölkənin şimalında su altında qalmış əkinçilik sahələri buraxıb. Hazırda tayfun qasırğası Cənubi Çin dənizində irəliləyir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/filippinde-qasirga-qurbanlarinin-sayi-20-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR