Sumqayıtda yol-nəqliyyat infrastrukturu yenidən qurulur

Sumqayıtda yol-nəqliyyat infrastrukturu yenidən qurulur
18:03 17 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 17 dekabr, AZƏRTAC 
Sumqayıtda Bakı-Quba magistral yolundan şəhərə doğru Sülh küçəsi boyunca ümumi uzunluğu 3,2 kilometr, eni 14 metr olan ikitərəfli yolda daxili imkanlar hesabına yenidənqurma işləri aparılır, yol yatağı genişləndirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, yenidən qurulan yola ikiqat asfalt örtüyü döşənir. Yolda müasir işıqlandırma sistemi quraşdırılacaq, əvvələr mövcud olmayan piyada səkiləri salınacaq, ətraf ərazilər abadlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin rahat tənzimlənməsi üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol xətlərinin çəkiliş işləri aparılacaq.
Günün tələbləri səviyyəsində yenidən qurulan Sumqayıtın əsas giriş yolu olan Sülh küçəsinin genişləndirilməsi nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradacaq. Xüsusilə şəhərə gələn və Bakıya doğru hərəkət edən sərnişinlər əvvəllər bu yolda sıxlıqla bağlı vaxt itkisi ilə üzləşirdisə, bundan sonra bu problem olmayacaq.
Bütün bu işlərlə yanaşı, şəhərdəki məhəllədaxili yollar, eyni zamanda, Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələrində yararsız vəziyyətdə olan yolların təmiri istiqamətində də davamlı işlər görülür.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_yol_neqliyyat_infrastrukturu_yeniden_qurulur-912144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR