Bilik Fondu Təfəkkür Universitetində mühazirə təşkil edib

Bilik Fondu Təfəkkür Universitetində mühazirə təşkil edib
18:13 17 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində Fondun aparat rəhbəri İsaxan Vəliyevin “Dini ekstremizmə qarşı mübarizə haqqında qanunçuluq dövlət və din münasibətlərinin təminatı kimi” mövzusunda mühazirəsini təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, universitetin rektoru, professor Müşfiq Atakişiyev, təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Qonaqları salamlayan rektor M.Atakişiyev Azərbaycan Respublikası Prezidenti tərəfindən 05.12.2105-ci il tarixində imzalanmış “Dini ektremizmə qarşı mübarizə haqqında” Qanunun dünyada dini zəmində baş verən münaqişələrin Azərbaycana sirayət etməsinin qarşısını almaqda böyük rolu olduğunu deyib. Professor Bilik Fondunun tələbələr üçün dini ekstremizmə qarşı mübarizəyə dair mühazirə təşkil etməsini də yüksək dəyərləndirib.
Bilik Fondunun aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib ki, ölkəmizin Azərbaycan Respublikasının Konstitusiyasında dünyəvi dövlət elan edilməsinə, din və dövlət arasında münasibətlərin beynəlxalq standartlara uyğun tənzimlənməsinə, insanların dini etiqad azadlığı ilə bağlı tolerant mühitin yaradılmasına baxmayaraq, ölkəyə bəzən klassik islam ənənələrinə uyğun olmayan ideologiyanın yeridilməsi hallarına rast gəlinməkdədir ki, bu da son nəticədə dini ekstremist fəaliyyətin yayılmasına gətirib çıxara bilər. “Dini ekstremizmə qarşı mübarizə zamanı insan hüquq və azadlıqlarının hər şeydən üstün tutulması, bu zaman qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin hər şeydən üstün tutulması Qanunun mahiyətinin demokratikliyinə dəlalət edir”.

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun maarifçilik sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Gəncləri azərbaycançılıq ideyası ətrafında birləşməyə dəvət edən icraçı direktor ölkəmizdə hökm sürən multikultural mühitin və tolerantlıq ənənələrinin tarixindən bəhs edib.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti arasında əməkdaşlıq haqqında Memerandum imzalanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR