Prezident "ASAN xidmət"ə 9 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident "ASAN xidmət"ə 9 milyon manat ayırdı - SƏRƏNCAM
18:19 17 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisinin sürətləndirilməsi məqsədi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR