"Vəzifədən azad olunmağım üçün özüm ərizə verdim"

"Vəzifədən azad olunmağım üçün özüm ərizə verdim"
18:22 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

"Hörmətli jurnalistlər, əziz həmkarlar!

Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də, mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən rəhbərliyə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm".

Milli.Az-ın məlumatına görə, modern.az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin vəzifəsinə xitam verilən sabiq şöbə müdiri Vaqif Bəhmənli özünün Feysbuk səhifəsində yazıb. O, eyni zamanda qeyd edib ki, bu müraciətə onun istəyinə uyğun hal kimi yanaşılsın:

"Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar. Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, Vaqif Bəhmənlinin işdən azad olunması bir müddət öncə mədəniyyət və turizm naziri Əblüfəs Qarayevə ithaf etdiyi şeirlə əlaqələndilirdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR