Ali Məhkəmənin hakimi təsdiqləndi

Ali Məhkəmənin hakimi təsdiqləndi
12:36 30 Dekabr 2014
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ali Məhkəməsinə hakimi təyin edilib. ANS PRESS-in məlumatına görə, Milli Məclisin gündəliyinə daxil edilən qanun layihəsi səsverməyə qoyulub və yetərsayla qəbul edilib. Hakim vəzifəsinə yenidən Gülüzar Rzayeva təsdiqlənib.

Millət vəkilləri Gülüzar Rzayevanı təyinatla bağlı təbrik ediblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, 65 yaşlı G. Rzayeva 2010-cu ildən Ali Məhkəmənin hakimi işləyir.

Bununla yanaşı "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında qanununun layihəsi də səsverməyə çıxarılıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisdə "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" kredit sazişi də təsdiq edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR