Prezident avtomobili səhv park etdi, cərimələndi

Prezident avtomobili səhv park etdi, cərimələndi
18:26 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Polis qadağan olunmuş yerdə park etdiyi üçün Polşa prezidentinin avtomobilinin təkərinə blok qoyub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə - qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər. Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar.

Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR