Prezident Qətər xalqını təbrik etdi

Prezident Qətər xalqını təbrik etdi
18:32 17 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısının təbrik məktubunda deyilir:  

"Əlahəzrət,

Qətər Dövlətinin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR