"PAŞA Sığorta" da Yaşıl Kart sisteminə qoşuldu

"PAŞA Sığorta" da Yaşıl Kart sisteminə qoşuldu
18:38 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

“PAŞA Sığorta” ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib. Bu barədə Trend İcbari Sığorta Bürosuna istinadən məlumat verir.

Bununla da sistemə qoşulmuş Azərbaycan sığorta şirkətlərinin sayı 6-ya çatıb: "AXA MBASK", "Xalq Sığorta", "AzSığorta", "Meqa Sığorta", "AtaSığorta" və “PAŞA Sığorta”.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 50-2-ci maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR