Bu il mindən çox əcnəbi Çexiyadan sığınacaq istəyib

Bu il mindən çox əcnəbi Çexiyadan sığınacaq istəyib
18:48 17 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 17 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında Çexiyadan 1382 əcnəbi vətəndaş siyasi sığınacaq istəyib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 425 müraciət çoxdur. Çexiya XİN-in yaydığı məlumata görə, onların arasında Ukrayna, Suriya və Kuba vətəndaşları üstünlük təşkil edirlər.
Sığınacaq almaq istəyənlərin ən böyük qrupunu uzun müddətdir ki, ukraynalılar təşkil edir. Onlar bu ilin yanvarından noyabr ayının sonunadək 636 ərizə veriblər. Kubalılar 124 ərizə ilə ikinci yerdə qərarlaşıblar, suriyalıların müraciətlərinin sayı isə onlardan cüzi az olub – 122.
Sənəddə deyilir ki, 70 miqranta sığınacaq verilib, daha 372 şəxs əlavə status və müvəqqəti müdafiə ilə təmin olunub. Müvəqqəti müdafiə o deməkdir ki, vətəndaş qaçqın statusu ilə təmin olunmayıb, amma onun vətənə dönməsi hazırda təhlükəlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_minden_chox_ecnebi_CHexiyadan_siginacaq_isteyib-912179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR