Argentina pesosu 43% devalvasiya olub

Argentina pesosu 43% devalvasiya olub
18:52 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Argentina milli valyutası dollarla müqayisədə bu gün, dekabrın 17-də 42,6% dəyərdən düşərək 13,95 ARS/USD-ə çatıb. "Report" xəbər verir ki, Bu, hökümətin 2011-ci ildən bəri tətbiq etdiyi valyuta məhdudiyyətlərini qaldırmasından sonra baş verib.
Valyuta məhdudiyyətləri fiziki və hüquqi şəxslər üçün ayda 2 mln. dollarla məhdudlaşacaq. Bu qərar 2011-ci ilə qədər də belə olub. Kommersiya əməliyyatları üçün isə məhdudiyyətlər olmayacaq.
Qeyd edək ki, valyuta məhdudiyyətləri barədə qərar eks-prezident Kristina Fernandes de Kirşnerin zamanında verilib. O zaman valyutanı ancaq xaricə səfərə çıxan insanlar ala bilərdi.
Maliyyə naziri Alfonso Prat-Qayın sözlərinə görə Argentina Mərkəzi Bankının pesonun məzənnəsinin kəskin dəyişməsi təqdirdə valyuta bazarına intervensiya edəcəyini bildirib. Bununla hökümət, bir ay ərzində 15-25 mlrd. dollar vəsait cəlb etməyi hədəfləyir. Hazırda ARS/USD rəsmi məzənnəsi 9,7-ə bərabərdir. Qara bazarda isə məzənnə təxminən 1,5 dəfə artıqdır. Analitiklər sabahdan rəsmi məzənnənin bazar qiymətlərinə yaxın səviyyədə açıqlanacağını ehtimal ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/argentina-pesosu-43-devalvasiya-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR