“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb

“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb
19:13 17 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Səxavət Quliyev, AZƏRTAC 
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” şirkəti gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
“Bakı Şəhər Halqası”ndan AZƏRTAC-a bildiriblər ki, dekabrın 17-dən etibarən Zərifə Əliyeva küçəsinin Azadlıq prospekti və Rəsul Rza küçəsi ilə kəsişmələri arasında olan yol hissəsi asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan təmir işlərinin dekabrın 21-də yekunlaşacağı gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.
Zərifə Əliyeva küçəsindən istifadə edən nəqliyyat vasitələri sürücüləri üçün müvəqqəti olaraq Neftçilər prospekti istiqaməti ilə hərəkət təmin olunub.
Yarışdan əvvəl salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir, Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Halqasi_sirketi_temir_isleri_ile_bagli_achiqlama_yayib-912190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR