Mübariz Qurbanlı: "İslam dini mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlıdır"

Mübariz Qurbanlı: "İslam dini mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlıdır"
19:17 17 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər dini radikalizmə və ekstremizmə “yox” deyir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Bu barədə məlumat "Report"a DQİDK-dən verilib.
Tədbirdə DQİDK –nın sədri Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, millət vəkili Şahin İsmayılov, gənclər təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.
DQİDK-nın sədri Mübariz Qurbanlı dini radikalizm və ektremizmin bu gün hər kəsi maraqlandıran və diqqət mərkəzində olan məsələlərdən biri olduğunu qeyd edib. Komitə sədri bildirib ki, dini radikalizm meyilləri o zaman meydana gəlir ki, kimlərsə dindən siyasi məqsəd, hakimiyyəti ələ almaq və yaxud hansısa bu və digər marağını ifadə etmək üçün istifadə edir. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Mübariz Qurbanlı bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü deyib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev isə diqqətə çatdırıb ki, dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquq normaları ilə tənzimlənir. O bildirib ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.



Xəbərin orijinal ünvanı: http://report.az/din/mubariz-qurbanli-i-slam-dini-meneviyyatimiz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR