Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

19:28 17 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz qardaşım,
Xəzər dənizindəki “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı xəbəri dərin məyusluq hissi ilə qarşıladım.
Millətim adından və şəxsən öz adımdan bu qəzada həyatlarını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa, Zati-alinizə, həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Türkiyə hər zaman olduğu kimi, bu kədərli günlərdə də Azərbaycan dövlətinin və xalqının yanındadır, ona hər cür kömək göstərməyə hazırdır.
Fürsətdən istifadə edərək, Zati-alinizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzu edirəm.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Respublikasinin_Prezidenti_Receb_Tayyib_Ardogandan-912199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR