AZAL klubu “Neftçi”ni minimal hesabla məyus edib

AZAL klubu “Neftçi”ni minimal hesabla məyus edib
19:28 17 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Topaz Premyer Liqasının XVII turuna Bakıda yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün son qarşılaşmasında “Neftçi” “Bakcell Arena”da AZAL-ı qəbul edib. Əsgər Abdullayevin baş məşqçi təyinatından sonra məğlubiyyət görməyən “Neftçi” son üç turdu uduzmayan AZAL-dan zəif olub - 0:1.
AZAL cari mövsümdə səfərdə ilk qələbəsinə sevinib. “Flaqman” isə bu oyunda xal itirməklə hazırda qərarlaşdığı 5-ci pilləni də əldən verib. Belə ki, Ruslan Nəsirli 29-cu dəqiqədə AZAL-ın qalibiyyət qolunu vurub.
Beləliklə, xalını 19-a yüksəldən Tərlan Əhmədovun komandası yeddinci pilləyə qalxıb. Əvəzində, xalını artıra bilməyən “Neftçi” beşinci pillədən altıya yuvarlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_klubu_Neftchini_minimal_hesabla_meyus_edib-912196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR