Böyük Britaniya: referenduma doğru daha bir addım

Böyük Britaniya: referenduma doğru daha bir addım
19:28 17 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqında referendum keçirilməsinə dair qanun rəsmən təsdiqlənib. Bu barədə ölkənin xarici işlər naziri Flip Xammond məlumat verib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bir müddət əvvəl parlament tərəfindən bəyənilmiş qanun layihəsi dekabrın 17-də “kraliça sanksiyası alıb” və bu, sənədin rəsmən təsdiqlənməsi deməkdir. Qanunda referendumun 2017-ci il dekabrın 31-dən gec olmayaraq keçirilməsi qeyd edilir.
Baş nazir Devid Kemeron hesab edir ki, referenduma qədər Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyü şərtlərinin dəyişdirilməsinə və Aİ-nin özündə islahatlara nail ola biləcək. Aİ-dəki tərəfdaşlarla danışıqlar Britaniyanın istədiyi islahatların dörd istiqamətini nəzərdə tutur: rəqabət, suverenlik, sosial siyasət və iqtisadi idarəetmə.
Bir qədər əvvəl bu məsələyə münasibət bildirən Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Böyük Britaniyanın Aİ-də islahatlar üzrə bəzi təklifləri qəbuledilməzdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Britaniya_referenduma_dogru_daha_bir_addim-912198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR