Hakan Şükür Türkiyədən üz döndərdi

Hakan Şükür Türkiyədən üz döndərdi
19:52 17 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Hakan Şükür ABŞ-da məskunlaşıb

İstanbuldakı evini satan və bankdakı pulunu çıxardıqdan sonra Türkiyədən ayrılaraq başqa bir ölkəyə köçdüyü deyilən tanınmış veteran futbolçu Hakan Şükür ABŞ-dadır.

Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, onun "Bir daha Türkiyəyə dönməyəcəyəm, burada iş quracağam" dediyi iddia edilir.

Məlumatda qeyd edilir ki, Hakan Şükür bir neçə gün əvvəl Büyükçekmece Tepekentdə olan evini satışa çıxarıb.

Bir müddətdir xaricə getdiyi deyilən, lakin hansı ölkədə olduğu bilinməyən Hakan Şükürün Kaliforniyada San Mateoya köçdüyü iddia edilir.

Veteran futbolçunun paralel quruluşa yaxın olması səbəbindən türklərdən gözlədiyi dəstəyi də görmədiyi deyilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR