Azay Quliyev Binəqədi seçiciləri ilə ilk görüşünü keçirib (FOTO)

Azay Quliyev Binəqədi seçiciləri ilə ilk görüşünü keçirib (FOTO)
19:53 17 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə ilk görüşünü keçirib.

Trend-in məlumatına görə, A.Quliyev 1 noyabr 2015-ci il seçkilərində göstərdikləri etimada görə seçicilərinə bir daha təşəkkürünü bildirərək onların müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.

Seçicilərin müraciətləri əsasən məşğulluq, təhsil, məhkəmə qərarlarının icra vəziyyəti və müxtəlif dövlət qurumları ilə bağlı məsələləri əhatə edib.

A.Quliyev qeyd olunan problemləri aidiyyəti qurumlar qarşısında qaldıracağını bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR