Mahal İsmayıloğlunun oğlu azadlığa buraxıldı

Mahal İsmayıloğlunun oğlu azadlığa buraxıldı
19:57 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Tural Sadıqovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az xəbər verir ki, virtualaz.org-ın məlumatına görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Prosedə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materiallarının satışı ilə məşğul olan Seymur YolciyevQəhrəman Qulamovdan 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunub.

Xatırladaq ki, Tural Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR