Mourinyo qovuldu

Mourinyo qovuldu
20:01 17 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Londonun "Çelsi" klubu Joze Mourinyo ilə yollarını ayırıb.

ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəхəssis London klubundan kənarlaşdırılıb.

Bu barədə "The Daily Mail" nəşri xəbər verib. Klubun bu gün keçirilən İdarə Heyətinin iclasında bu haqda qərar qəbul edilib. Mövsümdə doqquzuncu məğlubiyyətini "Çelsi" bazar ertəsi İngiltərə çempionatının 16-cı turunda "Lesterə" (1:2) qarşı oyunda alıb. London klubu hazırda turnir cədvəlində"Norviç"i qabaqlayaraq 16-cı yerdə gedir.


"Çelsi" klubu

Qeyd edək ki, Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyen Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin хari mövsümdə komanda uğursuz çıхış edir. Bunun nəticəsidi ki, "Çelsi" 16 turdan sonra 15 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Premyer Liqadan fərqli olaraq, Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR