Azərbaycanda müalicələrlə bağlı reklama görə cərimələr tətbiq edilir

Azərbaycanda müalicələrlə bağlı reklama görə cərimələr tətbiq edilir
20:08 17 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə 2 min manatadək cərimə tətbiq ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Yeni layihədə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə cərimələrin məbləği də artırılır. Hazırda bu hala görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat cərimə edilir. Yeni layihədə isə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamına görə də vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR